...

Abbas Abbasov: Azərbaycan prezidenti hökumətə Moskvada həlak olanların qohumlarına yardım göstərilməsi barədə tapşırıq verib

Siyasət Materials 24 Fevral 2006 17:24 (UTC +04:00)
Abbas Abbasov: Azərbaycan prezidenti hökumətə Moskvada həlak olanların qohumlarına yardım göstərilməsi barədə tapşırıq verib

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə ölkə hökuməti fevralın 23-də Moskvanın Basman bazarının dam örtüyünün uçulması ilə əlaqədar məsələlərlə ciddi məşğul olur. Trend in verdiyi məlumata görə, bu barədə fevralın 24-də baş nazirin müavini Abbas Abbasov məlumat verib.

Azərbaycan tərəfi Rusiya paytaxtında həlak olanların meyitlərinin Bakıya çatdırılmasını təşkil etmək niyyətindədir. Həlak olanların Moskvada yaşayan qohumlarına yardım etmək üçün Azərbaycan Respublikasının RF-dakı diplomatik nümayəndəliyi cəlb olunacaq.

"Ölkə başçısı həlak olanların Azərbaycanda yaşayan qohumlarının zəruri yardımla təmin edilməsi barədə tapşırıq verib", - deyə A.Abbasov bildirib.

Xəbər lenti

Xəbər lenti