...

Parlamentin bir qrup üzvü Türkiyəyə səfər edəcək

Siyasət Materials 27 Fevral 2006 12:17 (UTC +04:00)

Azərbaycan parlamentinin bir qrup üzvü mart-aprel aylarında Türkiyə Böyük Millət Məclisinin (TBMM) qonağı olacaq. Bu barədə Trend ə Azərbaycan-Türkiyə parlamentlərarası Dostluq Qrupunun rəhbəri, parlamentin mədəniyyət məsələləri daimi komissiyasının sədri, millət vəkili Nizami Cəfərov bildirib.

N.Cəfərov deyib ki, Türkiyəyə səfər edəcəkləri ilə bağlı razılaşma Milli Məclisin sədri Oqtay Əsədovun bu yaxınlarda Türkiyəyə etdiyi səfərində əldə olunub: "Səfərin planı müəyyənləşdirilməlidir ki, görüşümüz sadəcə olaraq tanışlıq xarakteri daşımasın. Səfərimizin başlıca məqsədi qanunvericilik sahəsində əməkdaşlıqdan ibarətdir. Çalışacağıq ki, Türkiyə parlamentinin mədəniyyət sahəsində qəbul etdiyi bütün qanunları öyrənib bizim qanunlarla müqayisə edək".

Onu da qeyd edək ki, səfər çərçivəsində Dostluq Qrupu üzvlərinin TBMM sədri Bülənt Arıncla görüşü də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti