...

Hökumət Latviyanın Azərbaycandakı səfirliyi üçün binanın icarəsi ilə bağlı məsələni müzakirə edəcək

Siyasət Materials 27 Fevral 2006 14:51 (UTC +04:00)

Hökumət çərşənbə axşamı günü Bakı şəhərinin mərkəzində Latviyanın Azərbaycandakı səfirliyi üçün binanın icarəsi ilə bağlı XİN-ə icazə verilməsinə dair məsələni müzakirə edəcək. Trend bildirir ki, bu barədə Latviyanın Dövlət dəftərxanasınnı mətbuat xidmətində bildirilib.

300 kv.m sahəni əhatə edən binanın icarəsinə görə ayda 5000 ABŞ dolları (təxminən 3000 lat) ödənməsi ehtimal olunur. XİN hökumətə şərhində göstərir ki, səfirlik üçün binanın axtarışına üç yerli ev alqı-satqı agentliyi cəlb edilib, 30-dan çox mümkün varianta baxılıb və təklif olunmuş bütün variantların qiymətləndirilməsindən sonra, eləcə də NATO və AB-nin tələbləri nəzərə alınaraq yeni Caspian Plaza biznes mərkəzinin 6-cı mərtəbəsində daha müvafiq yer razılaşdırılıb.

Şərhdə qeyd olunur ki, Caspian Plaza-da standart icarə haqqı ayda 1 kv.m üçün 24 dollardır və icarə müqaviləsinin beş il müddətinə bağlanması planlaşdırılır. Latviya qiymətin 1 kv.m. üçün 16,70 dollaradək (təxminən 10 lat) azaldılması ilə bağlı razılıq əldə edə bilib. İcarə haqqına mühafizə, ümumi istifadə üçün mənzilin təmizlənməsi, liftlərdən istifadə və yeraltı avtomobil dayanacağında səfirliyin iki avtomobili üçün yer haqqı daxildir.

BNS bildirir ki, Latviyanın Bakıdakı səfirliiyndə üç diplomat və iki nəfər işçi olmaqla beş nəfərin işləyəcəyi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti