...

İlham Əliyev: "Azərbaycan Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə öz siyasətinə yenidən baxa bilər"

Siyasət Materials 1 Mart 2006 13:22 (UTC +04:00)
İlham Əliyev: "Azərbaycan Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə öz siyasətinə yenidən baxa bilər"

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqeyi Azərbaycanı öz siyasətinə yenidən baxmağa vadar edir. Trend in ANS telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə martın 1-də prezident İlham Əliyev Ağdam rayonunda qaçqın və məcburi köçkünlər üçün salınmış "Bənövşələr" qəsəbəsinin açılışında çıxış edərkən bəyan edib.

O uzun müddətdir ki, Ermənistanla sülh danışıqlarının aparılmasına baxmayaraq heç bir nəticənin əldə olunmamasından təəssüfləndiyini bildirib. Danışıqlar zamanı müəyyən ümidlər var, lakin bu ümidlər Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsi nəticəsində boşa çıxır. Prezidentin sözlərinə görə, Azərbaycan həmişə atəşkəs rejiminə sadiq qalıb və bundan sonra da sadiq qalacaq.

İ.Əliyev qeyd edib ki, Azərbaycanın əsas mövqeyi münaqişənin sülh yolu ilə nizama salınmasıdır və bunun üçün müəyyən format formalaşmalıdır. Bu format çərçivəsində ATƏT-in Minsk qrupu həmsədrləri ilə məsləhətləşmələr aparılır. "Danışıqların son mərhələsində sülh sazişinin əsas prinsiplərinin razılaşdırılması üçün müəyyən imkanlar yaranmışdı. Lakin Ermənistan yenə də qeyri-konstruktivlik nümayiş etdirərək bu prinsiplərin razılaşdırılmasında maraqlı olmadığını göstərir. Bundan sonra Azərbaycan nə etməli olduğu barədə düşünməlidir" - deyə o bildirib.

Dövlət başçısı, həmçinin, Güzənli qəsəbəsində Olimpiya idman kompleksinin təməlqoyma mərasimində də iştirak edib.

Xəbər lenti

Xəbər lenti