...

Azərbaycanın müdafiə naziri Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Siyasət Materials 3 Mart 2006 13:14 (UTC +04:00)

Martın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Stepan Volkovetskini qəbul edib. Trend in verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş tanışlıq xarakteri daşıyıb və S.Əbiyev səfiri yeni təyinatı ilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti