...

Arif Məmmədov: Avropa İttifaqı "üçlüyü" aprelin 19-21-də Cənubi Qafqaz ölkələrinə səfər edəcək

Siyasət Materials 3 Mart 2006 16:36 (UTC +04:00)
Arif Məmmədov: Avropa İttifaqı  "üçlüyü" aprelin 19-21-də Cənubi Qafqaz ölkələrinə səfər edəcək

Avropa İttifaqı "üçlüyüa" aprelin 19-21-də Cənubi Qafqaz ölkələrinə səfər etmək niyyətindədir. Bu barədə Trend ə Azərbaycanın Belçikadakı səfiri Arif Məmmədov bildirib.

"Üçlüyün" missiyasının tərkibinə hazırda Aİ-na sədrlik edən ölkənin (Avstriya) nümayəndələri, Aİ-nın hələ adı məlum olmayan növbəti sədri, Avropa Komissiyasının nümayəndələri, ola bilsin ki, Aİ-nin xarici əlaqələr üzrə ali komissarı Havyer Solana da daxil ola bilər. Bu zaman A.Məmmədov Havyer Solananı "Azərbaycanın böyük dostu" adlandıraraq Avropa Birliyi ilə əlaqələrin inkişafı işində onun rolunu xüsusi qeyd edib.

Səfər zamanı Azərbaycanla Avropa Qonşuluq Proqramı üzrə fəaliyyət planının müzakirə olunacağı müzakirə olunur. "Əgər aprelə kimi Fəaliyyət planı təsdiqlənərsə, o zaman onlar bu sənədin Avropa İttifaqına üzvlüyünün təsdiqi prosedurasının hansı mərhələdə olduğunu bəyan edəcəklər", - deyə səfir bildirib. Müzakirə olunacaq məsələlərdən biri, onun fikrincə, enerji ehtiyatlarının satışı problematikası olacaq. "Düşünürəm ki, bu il Aİ-da energetika məsələlərinə çox böyük maraq olacaq. Transxəzər boru kəmərinin çəkilişi layihəsinə onlarda böyüük maraq var. Bu qıh Aİ ölkələrinə energetika xammalı tədarükündə problemlərin yaranması ilə əlaqədar alternativ marşrutlar barədə ciddi düşünməyə başlayıblar. Və bizim Xəzər regionu Avropa Komissiyasının prezidentivə xarici əlaqələr üzrə komissar Benita Ferrero-Valdnerin diqqət mərkəzindədir", - deyə Arif Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti