...

Azərbaycan və Türkiyə fövqəladə halların aradan qaldırılması sahəsində əməkdaşlığa dair protokol imzalayacaq

Siyasət Materials 9 Mart 2006 11:25 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan və Türkiyənin fövqəladə hallar nazirlikləri arasında əməkdaşlığa dair protokol imzalanacaq. Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, bu barədə razılaşma Ankarada Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Türkiyənin dövlət naziri Məhmət Əli Şahinlə görüşü zamanı əldə olunub.

Görüşdə M.Ə.Şahin qeyd edib ki, hər iki ölkə arasında əlaqələr yüksək səviyyədədir və Ankara fövqəladə halların aradan qaldırılması sahəsində əməkdaşlığın inkişafında maraqlıdır.

O, əməkdaşlığa dair protokolun imzalanması məqsədilə 2006-cı il aprelin sonu-mayın əvvəllərində Azərbaycana gələcəyini bildirib.

K.Heydərov Türkiyənin həm ölkə daxilində, həm də beynəlxalq arenada fövqəladə halların aradan qaldırılması istiqamətində atdığı addımları yüksək qiymətləndirərək qeyd edib ki, Azərbaycan bu ölkənin təcrübəsinin öyrənilməsində maraqlıdır.

Xəbər lenti

Xəbər lenti