...

Məhəmməd Hafiz: Pakistan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində Azərbaycana yardım göstərməyə hazırdır

Siyasət Materials 10 Mart 2006 16:55 (UTC +04:00)

Pakistan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsində Azərbaycana yardım göstərəməyə hazırodır. Trend xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Məhəmməd Hafiz jürnalistlərə bildirib.

Səfir qeyd edib ki, 2004-cü ildə Pakistanın prezidenti Müşərrəf Pərvizin Azərbaycana, 2005-ci ilin aprelində isə Azərbaycan prezidenti İlham Əliyevin Pakistana səfəri dövlətlərarası münasibətlərin və dostluq əlaqələrinin qurulmasına böyük təkan verib. Səfir onu da qeyd edib ki, bü münasibətlər və əlaqələr genişlənmək üzrədir: "Pakistan daim Azərbaycanı Dağlıq Qarabağ məsələsində, Azərbaycan isə Pakistanı Kəşmir məsələsində dəstəkləyir. Biz Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində rəsmi Bakıya dəstək olacağıq".

Səfir həmçinin iki dövlət arasındakı hərbi əməkdaşlıq məsələsinə də toxunub. Qeyd edib ki, hazırda bu proses Azərbaycanda hərbi kadrların hazırlanması istiqamətində aparılır: "Amma bizim ekspertlər daimi olaraq görüşür, fikir mübadiləsi aparırlar və müəyyən etməyə çalışırlar ki, bu münasibətlər daha hansı sahələrdə inkişaf etdirilə bilər".

Xəbər lenti

Xəbər lenti