...

AB-nin Nazirlər Komitəsi Azərbaycanda demokratik təsisatların inkişafı ilə bağlı məsələni müzakirə edəcək

Siyasət Materials 13 Mart 2006 14:07 (UTC +04:00)

Martın 15-də Avropa Birliyinin Nazirlər Komitəsinin müavinlər səviyyəsində keçiriləcək iclasında Azərbaycanda demokratik təsisatların inkişafı və möhkəmlənməsi ilə bağlı məsələ müzakirə olunacaq. Bu barədə Trend ə Azərbaycanın AB-dəki daimi nümayəndəliyindən məlumat verilib.

Bu, 958-ci iclasın ilkin gündəliyinin "Siyasi məsələlər" adlı 2-ci bəndində müzakirə olunacaq 1-ci məsələdir. Tədbirdə Azərbaycanın AB-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev iştirak edəcək.

Qeyd edək ki, iclasda, həmçinin, Ermənistanda və keçmiş Yuqoslaviya Respublikası Makedoniyada mövcud vəziyyət də müzakirə olunacaq. İclas Bakı vaxtı ilə saat 13:00-dan 21:00-dək keçiriləcək.

Xəbər lenti

Xəbər lenti