...

AMİP lideri MDİ-nin Azərbaycan üzrə direktoru ilə görüşüb

Siyasət Materials 16 Mart 2006 16:57 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov martın 16-da ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan üzrə direktoru Emi Şultsla görüşüb. Bu barədə Trend ə AMİP sədrinin səlahiyyətlərini yerinə yetirən Ayaz Rüstəmov bildirib.

A.Rüstəmov qeyd edib ki, görüşdə partiya ilə MDİ arasında gələcək əlaqələrin perspektivləri müzakirə olunub: "Emi Şults partiya daxilində yaranmış mövcud durumla, qurultaydan sonra Ədliyyə Nazirliyinə təqdim etdiymiz sənədlərlə maraqlanıb". A.Rüstəmov onu da vurğulayıb ki, E.Şults yaxın günlərdə MDİ-nin təşəbbüsü ilə partiyalar arasında keçiriləcək seminarlarda AMİP-in iştirakının zəruriliyini vurğulayıb.

AMİP sədrinin əvəzi onu da qeyd edib ki, görüşdə MDİ-nin Azərbaycan üzrə direktorunun 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərə partiyanın hazırlıqı ilə bağlı sualları cavablandırılıb. Görüşdə AMİP lideri Etibar Məmmədovla yanaşı, partiyanın sədr əvəzi Ayaz Rüstəmov, partiyanın təşkilat katibi Rəşad Bayramov və mətbuat xidmətinin rəhbəri Əli Orucov iştirak edib.

Xəbər lenti

Xəbər lenti