...

Bu il Gəncədə 2,5 minə yaxın Çin avtomobili buraxılacaq

Siyasət Materials 22 Mart 2006 12:52 (UTC +04:00)
Bu il Gəncədə 2,5 minə yaxın Çin avtomobili buraxılacaq

Bu il Gəncə avtomobil zavodunda Çinin Lifan şirkətinin istehsalı olan 2,5 minə yaxın avtomobilin buraxılışı nəzərdə tutulub. Bu barədə Trend ə zavodun direktoru Xanlar Fətiyev məlumat verib. Bu ay bağlanmış müqaviləyə görə, zavodda yarıyük avtomobilləri (1 tondan 3,5 tona qədər), mikroavtobuslar və minik avtomobilləri istiehsal olunacaq.

Müəssisə rəhbərinin sözlərinə görə, ilin sonuna kimi 9-a qədər modifikasiya olunmuş avtomobilin istehsalına başlanılması ehtimal olunur. Avtomobillərin yığılması zavodun 20 kvadratmetrlik sahəsi olan yeni sexinin ərazisində təşkil olunacaq. Bütün işlər müəssisənin hesabına həyata keçiriləcək. Qiymət siyasətinə görə müxtəlif mojdifikasiyalı avtomobillərin dəyəri 6,5-dən 9,5 minə qədər AZN civarında olacaq. X.Fətiyevin sözlərinə görə, bu avtomobillərin təkcə Azərbaycan ərazisində deyil, həm də MDB ölkələrinin ərazisində yayılacağı gözlənilir.

Zavoddda Rusiya istehsalı olan "UAZ" markalı avtomobillərin yığımı da davam etdiriləcək. Bu ilin sonuna kimi 1,5 minə yaxın belə avtomobil istehsal etmək nəzərdə tutulub. Şirkət mütəxəssislərinin qiymətləndirmələrinə görə, bu markadan olan avtomobillərə tələbat bu il əhəmiyyətli dərəcədə artacaq.

Xəbər lenti

Xəbər lenti