...

Azərbaycanda 82% respondent İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir

Siyasət Materials 24 Mart 2006 17:09 (UTC +04:00)

Azərbaycanda aparılmış sonuncu sosioloji araşdırmalar göstərir ki, respublika əhalisinin böyük əksəriyyəti İlham Əliyevin kursunu dəstəkləyir. Trend in xəbər verdiyi kimi, "Rəy" monitorinq mərkəzinin apardığı sosioloji sorğunun nəticələri belədir.

"Rəy" mərkəzinin direktoru Rizvan Abbasovun sözlərinə görə, sorğu martın 15-17-də 36 yaşayış məntəqəsində 1508 respondent arasında aparılıb."Siz Azərbaycan prezidentinin fəaliyyətini necə qiymətləndirirsiniz?" sualını 82,8% respondent müsbət cavablandırıb.

Eyni zamanda, 74,1% respondent İlham Əliyevə, 7,4% - siyasi partiyalara, 5,5% - ziyalılara, 3,5% - KİV-ə, 2,2% - Milli Məclisə, 1,1% isə məhkəmələrə böyük inam olduğunu bildirib.

"Əgər Azərbaycanda prezident seçkiləri yaxın bazar günü keçirilsə idi, kimə səs verərdiniz?" sualını cavabalandıran respondentlərin 72,2 %-i İlham Əliyevin adını çəkib. Müsavat partiyasının sədri İsa Qəmbərə 4,9%, Mehriban Əliyevaya - 4,4%, Lalə Şövkətə isə 3,3% respondent səs verib. Digər siyasi fəallar 3%-dən az səs toplayıb.

Xəbər lenti

Xəbər lenti