...

Azərbaycanın neft bazarı: həftənin yekunları

Siyasət Materials 3 Aprel 2006 13:02 (UTC +04:00)
Azərbaycanın neft bazarı: həftənin yekunları

Martın 27-31 həftəsində Gürcüstanın Supsa və Batumi limanları vasitəsilə satılan bir barel AZERI LT CIF neftinin qiyməti $64,38 təşkil edib ki, bu da bundan əvvəlki həftəyə nisbətən $1,52 çoxdur. Trend in verdiyi məlumata görə, 27-31 mart həftəsində AZERI LT-in bir barelinin maksimal qiyməti $65,92, minimal qniyməti isə $62,84 olub.

27-31 mart həftəsində Novorossiysk limanı vasitəsilə satılan URAL neftinin bir barelinin maksimal qiyməti $57,93 təşkil edib ki, bu da bundan əvvəlki həftəyə olan orta qiymətdən $2,52 çoxdur. Ötən həftə URAL neftinin bir barelinin maksimal qiyməti 61,05, minimal qiyməti $61,05 təşkil edib ki, bu da bundan qabaqkı həftə üçün təyin edilmiş qiymətdən $2,46 çoxdur.

Brent (DTD) neftinin etalon sortunun qiyməti ötən həftə $63,97 təşkil edib. Ötən həftə Brent neftinin maksimal qiyməti $54,04 (22 noyabr) təşkil edib ki, bu da bundan əvvəlki həftədə bu sortüçün müəyyən edilən son hədd qiymətdən $0,24 azdır. Ötən həftə Brent neftinin bir barelinin maksimal qiyməti $66,05, minimal qiyməti isə 61,40 təşkil edib.

API üzrə URAL neftinin sıxlığı 32 dərəcədir, kükürdün həcmi 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikası onun tərkibindəki neftin çox (və ya az) keyfiyyətli olmasından asılı olaraq müxtəlif vaxtlarda dəyişir. DTD -nin sıxlığı API üzrə 38,3, kükürdün həcmi 0,36%-dir.

2006-cı ildə ARDNŞ Novorossiysk limanından 2005-ci ildəki 1,631 mln. tona qarşı 2,011 mln. ton Urals nefti yola salmağı planlaşdırır. BTC kəməri istismara başlayana kimi ARDNŞ Hovorossiyskdən ayda 80-85 min ton neft satacaq. BTC boru kəmərinin istismara verilməsindən sonra "şimal" marşrutu tam şəkildə ARDNŞ-in sərəncamında olacaq. BTC kəmərinin bu il mayın sonu- iyunun əvvəllərində istismara veriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti