...

Milli Məclisin 4 üzvü İslam Konfransı Təşkilatı Parlament İttifaqının iclasında iştirak edəcək

Siyasət Materials 6 Aprel 2006 11:00 (UTC +04:00)

Milli Məclisin deputatları Gövhər Baxşəliyeva, Cavanşir Paşazadə, Xanhüseyn Kazımlı və Sabir Rüstəmxanlı İslam Konfransı Təşkilatı Parlament İttifaqının iclasında iştirak etmək üçün aprelin 7-də İstanbula yola düşəcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Tədbirdə İraqda vəziyyət, İraq xalqının siyasi və iqtisadi suverenliyi, qloballaşmanın İslam ölkələrinin iqtisadiyyatına təsiri, demokratiya, insan hüquqları və beynəlxalq humanitar hüquq, sivilizasiyalararası dialoqa dəstək və digər mövzularda fikir mübadiləsi aparılacaq. Deputatlarımız iclasda çıxış edəcək, müzakirə ediləcək məsələlərə münasibətlərini bildirəcək.

Səfər aprelin 14-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti