...

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Azərbaycana gələcək

Siyasət Materials 6 Aprel 2006 16:53 (UTC +04:00)
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Azərbaycana gələcək

Ümumdünya Səhiyə Təşkilatının (ÜST) baş direktoru Li-Çon-vuk (Lee Jong-wook) işçi səfərlə Azərbaycana gələcək. Bu barədə Trend ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, onun səfəri aprelin 25-nə planlaşdırılıb. Səfər gedişində təşkilatın rəhbərinin Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevlə geniş tərkibdə görüşü olacaq.

Əməkdaşlığın inkişafı, Azərbaycanın ÜST-nın İcraiyyə Komitəsinə seçilməsi, Azərbaycanın səhiyyə sistemində islahatların keçirilməsi, Qafqazda "quş qripi" virusunun qarşısının alınması kimi məsələlərin müzakirəsi planlaşdırılıb.

"Bu, ÜST-nın Azərbaycanla əməkdaşlığının bütün tarixi ərzində təşkilatın sədri Azərbaycana ilk səfəridir", - S.Məmmədova bildirib.

Li Çon-vuk 1945 -ci ildə aprelin 12-də Seulda anadan olub. Seul milli universitetində tibb doktoru diplomunu alıb. Havay universitetində ictimai səhiyyə magistri dərəcəsinə malikdir. ÜST-da 20 ildən artıqdır ki, çalışır. 2003-cü ilin mayında ÜST-nın 5 illiyə baş direktoru təyin edilib. Evlidir, bir oğlu var.

Xəbər lenti

Xəbər lenti