...

Azərbaycan prezidenti Polşanın iqtisadiyyat nazirini qəbul edib

Siyasət Materials 6 Aprel 2006 18:02 (UTC +04:00)

Polşa ilə Azərbaycan arasında münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edir. Trend in məlumatına görə, bu barədə aprelin 6-da Azərbaycan prezidenti İlham Əliyev Polşanın iqtisadiyyat naziri Pyotr Voznyakı Bakıda qəbul edərkən bildirib.

Dövlət başçısı xatırladıb ki, Varşavaya rəsmi səfəri zamanı o zamanlar paytaxt meri işləyən Polşa prezidenti ilə görüşüb. İ.Əliyev eləcə də bildirib ki, Polşanın iqtisadiyyat nazirinin səfəri ikitərəfli əlaqələrin sonrakı inkişafında mühüm yer tutacaq.

P.Voznyak hazırki səfərin siyasi və iqtisadi nöqteyi-nəzərdən mühümlüyünü qeyd edərək iqtisadi əlaqələrin inkişafı üçün yaxşı imkan olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti