...

Araz Əzimov: Elmar Məmmədyarov Vaşinqtonda Azərbaycan prezidentinin ABŞ-a səfərinə hazırlıq məsələlərini müzakirə edir

Siyasət Materials 6 Aprel 2006 19:25 (UTC +04:00)

Vaşinqtonda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 6-da Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfərinə hazırlıqla bağlı dövlət katibi Kandoliza Rays və digər şəxslərlə görüşlər keçirib. Trend in verdiyi məlumata görə, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Bakıdakı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, səfər proqramına ATƏT-in Minsk Qrupunun həmsədri Stiven Mənnlə görüş də dbaxil edilib. "Azərbaycan və Ermənistan prezidentlərinin Rambuyedəki görüşündən sonra Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində ABŞ-ın fəallığı nəzərə çarpacaq dərəcədə artıb", -deyə A. Əzimov bildirib.

Azərbaycanın xarici işlər nazirinin müavini bildirib ki, Elmar Məmmədyarovun Vaşinqtonda aparacağı hazırki danışıqlardan (aprelin 6-7-də) irəliləyiş gözlənilməsə də, münaqişənin həlli istiqamətində müəyyən addımlar atılır.

Xəbər lenti

Xəbər lenti