Milli Birlik Hərkatının və Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət aprelin 7-də Norveç səfiri Steynar Gilin iştirakı ilə Norveç Miqrasiya Təşkilatının nümayəndələri ilə görüş keçirib. Bu barədə Trend ə Liberal Partiyadan məlumat verilib.
Görüşdə Qarabağ məsələsi, 6 noyabr parlament seçkilərinin nəticələri, Azərbaycanda mövcud ictimai-siyasi durum, vətəndaşların hüquq və azadlıqlarının vəziyyəti, Milli Birlik Hərəkatının fəaliyyəti, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu kimi məsələlər müzakirə olunuüb.