...

İqbal Ağazadə: "Dağlıq Qarabağ məsələsi parlamentdə müzakirə olunmalıdır"

Siyasət Materials 7 Aprel 2006 16:06 (UTC +04:00)

Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələrə ehtiyac var. Trend xəbər verir ki, bu barədə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Millət vəkili bildirib ki, bu məsələ parlamentin iş planına salınmalıdır. Ən azından bu məsələnin həlli ilə bağlı millət vəkilləri məlumatlandırılmalıdır: "Regionda, yaxın Şərqdə baş verən hadisələrin fonunda Dağlıq Qarabağın telayinin necə olacağı, Azərbaycanın qazancları, tutacağı mövqe barədə məlumatımız olmalıdır". İ.Ağazadə bildirib ki, bu məsələnin həlli naminə Azərbaycan vahid mərkəzdə birləşməlidir. "Bu məsələnin həllində fərqli mövqe nümayiş etdirmək olmaz" - deyən millət vəkili vahid strateji kursun vacibliyini bildirib.

İ.Ağazadə eyni zamanda dizel yanacağının bahalaşmasından sonra kənd təsərrüfatında problemlərin yarandığını qeyd edib. Qeyd edib ki, hansısa bir formada kənd təsərrüfatına yardım etmək lazımdır ki, gələcəkdə daxili bazarın məhsulları azalmasın: "Dizel yanacaqlarının bahalaşmasına görə fermerlər, kəndlilər icarəyə götürdükləri torpaqları əkib-becərməkdə çətinlik çəkirlər. Texnikadan istifadə edə bilmirlər. Bunu nəzərə almaq lazımdır".

Xəbər lenti

Xəbər lenti