...

Azərbaycan prezidenti Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbəri ilə görüşüb

Siyasət Materials 10 Aprel 2006 15:22 (UTC +04:00)

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakıda olan rəhbəri Jan Lemyeri qəbul edib.

Trend in verdiyi xəbərə görə, görüşdə ölkə iqtisadiyyatının sürətli inkişafından, iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də energetika sahəsində qlobal layihələrin həyata keçirilməsindəki böyük uğurlardan danışılıb.

Azərbaycanla AYİB-in birgə əməkdaşlığının səviyyəsindən razılıq ifadə edilib və Azərbaycan üçün əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin çox vacib olduğu qeyd edilib.

Xəbər lenti

Xəbər lenti