...

Azərbaycanın Baş Prokurorluğu Azər Səmədovun ekstradisiyasına çalışır

Siyasət Materials 10 Aprel 2006 17:10 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş Prokurorluğu aprel ayının əvvəlində Tbilisi şəhərində həbs olunmuş Dini Etiqad və Vicdan Azadlığı Müdafiə Mərkəzi Qafqaz Bürosunun rəhbəri Azər Səmədovun Azərbaycana təhvil verilməsi ilə bağlı Gürcüstan Respublikasının Baş Prokurorluğuna müraciət edib. Bu barədə Trend ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib.

Hazırda Gürcüstanın Baş Prokurorluğu həmin sənədlərlə tanış olur. Baş Prokurorluq Azər Səmədovun yaxın vaxtlarda Azərbaycana ekstradisiyasının baş tutacağına inanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Azər Səmədov Azərbaycanın hüquq-muhafizə orqanlarına təhvil verildikdən sonra istintaq aparılacaq və o, məhkəmə qarşısına çıxarılacaq.

Azər Səmədov 2003-cü ilin 16 oktyabr hadisələrində fəal iştirak etməkdə təqsirləndirilir. Onun barəsində cinayət işi başlandıqdan sonra Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən MDB ərazisində həbsli axtarış elan olunub.

Qeyd edək ki, 16 oktyabr 2006-cı ildə baş vermiş iğtişaşla bağlı ümumilikdə 11 məhkəmə hökmü olub. İğtişaşda iştirak etdiyinə və istintaq orqanlarından yayınaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyinə görə daha bir neçə şəxs isə həbsli axtarışdadır.

Xəbər lenti

Xəbər lenti