...

Milli Məclisin spikeri İsrail səfiri ilə görüşüb

Siyasət Materials 10 Aprel 2006 17:32 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov aprelin 10-da İsrailin Azərbaycandakı səfiri Artur Lenk ilə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Oqtay Əsədov İsraildə keçirilən parlament seçkilərinin uğurla başa çatması münasibətilə səfiri təbrik edib, ölkələrimizin əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini vurğulayıb. Spiker bildirib ki, Azərbaycan ilə İsrail arasında münasibətlər həmişə yaxşı olub. Yəhudilər bütün dövrlərdə Azərbaycanda əmin-amanlıq içində yaşamışlar, bu, indi də belədir. Hazırda Azərbaycanda yəhudilərin 5 sinaqoqu və bir neçə ictimai birliyi fəaliyyət göstərir.

Səfir Oqtay Əsədovu Milli Məclisin sədri seçilməsi münasibətilə təbrik edib. Qeyd edib ki, İsrail dövləti Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Azərbaycanda yəhudilərə göstərilən qayğı da yüksək qiymətləndirilir. Ümidvaram ki, münasibətlərimiz bundan sonra da genişlənəcək və daha da möhkəmlənəcəkdir.

Görüşdə parlamentlərarası əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti