Türkiyənin daxili işlər naziri Abdulqədir Aksunun Azərbaycana səfəri planlaşdırılıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi beynəlxalq əlaqələr şöbəsinin rəisi Mehrab Tükanov məlumat verib.
M.Tükanovun sözlərinə görə, türkiyəli nazirin Azərbaycana səfəri Ramil Usubovun dəvəti əsasında gerçəkləşəcək. Səfər aprelin 18-21-də gerçəkləşəcək. Proqramda Azərbaycan prezidenti İlham Əliyev və daxili işlər naziri Ramil Usubovla görüş nəzərdə tutulub.
Səfərin məqsədi iki qardaş ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndiriməsinə, cinayətkarlığa qarşı birgə mübarizənin gücləndirilməsinə dair fikir mübadiləsi aparmaqdan ibarətdir.
Səfər çərçivəsində Abbulqədir Aksunun həmçinin Azərbaycanın daxili qoşunları ilə tanışlığı da nəzərdə tutulub.