AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov milli azlıqların dillərinin tədris olunması məsələsi ilə bağlı AŞ-nin konfransının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu barədə R.Hüseynov Trend in Strasburqdakı müxbiri ilə söhbətində bildirib.
AŞPA-nın yaz sessiyasının birinci günündə çıxış edən deputat Azərbaycanda təhsil sahəsinin inkişafı ilə bağlı vəziyyətdən söz açıb. "Mən fəxrlə bildirdim ki, Azərbaycanın yalnız Xınalıq kəndində yaşayan milli azlığın nümayəndələri üçün xüsusi metodik vəsaitlər hazırlanıb və nəşr olunub", - deyə R.Hüseynov qeyd edib.
"Düşünürəm ki, qarşıdakı konfrans AŞ ölkələri üzrə vahid konsepsiyanın hazırlanmasına imkan verəcək", - deyə o vurğulayıb. Parlamentari bildirib ki, Azərbaycan bu sahədə böyüyk təcrübəyə malikdir və bundan istifadə etmək də vacibdir.