...

Jan Lemyer: AYİB Azərbaycanın bank sektorunun inkişafını dəstəkləməyə hazırdır

Siyasət Materials 11 Aprel 2006 12:39 (UTC +04:00)
Jan Lemyer: AYİB Azərbaycanın bank sektorunun inkişafını dəstəkləməyə hazırdır

Aprelin 11-də Avropa Yenidənqurma və İnkişaf bankı ilə Azəriqazbank səhmdar-investisiya bankı arasında $4,5 mln həcmində kreditin ayrılmasına dair saziş imzalanıb.

Bankın Nəzarət Şurasının sədri Çingiz Əsədullayevin sözlərinə görə, Azəriqazbankın portfeli $10 mln-dək artıb.

Trend in xəbər verdiyi kimi, ayrılmış əlavə vəsaitlərin $2,5 mln-u ticarətin maliyyələşdirilməsi, $1 mln-u - kiçik və orta sahibkarlığın, $1 mln-u isə mikro və kiçik biznesin dəskələnməsi üçün nəzərdə tutulub. Mikro və kiçik biznesin inkişafını maliyyələşdirmək AYİB-in yeni proqramıdır. Ötən ildən başlayaraq Azərdəmiryolbank, Respublikabank və UniBank bu proqramda iştirak edir.

Bankın idarə heyətinin sədri Azər Mövsümovun sözlərinə görə, AYİB kiçik və orta sahibkarlığın inkişafında mühüm rol oynayır. AYİB və Azəriqazbank arasında əməkdaşlıq 1998-ci ildən bankın institusional inkişafına dəstəyin göstərilməsi ilə başlanıb. "1999-cu ildə isə bank AYİB-in köməyi ilə böhrandan çıxıb", - deyə Ç.Əsədullayev qeyd edib.

AYİB prezidenti Jan Lemyer hesab edir ki, bank sektorunun inkişafı banklar arasında rəqabət doğurur. Bu isə kreditlərin dəyərinin azaldılması üçün ən yaxşı imkandır". Azərbaycan sürətlə inkişaf edir, gəlirləri artır, buna görə də ölkədə yoxsulluğun səviyyəsinin azaldılması üçün davamlı dəyişikliklər tələb olunur. "Biz digər sahələrlə yanaşı, bank sektorunun da inkişafını dəstəkləməyə hazırıq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti