Aprelin 13-dən 15-dək SKAD Proqramı çərçivəsində Bakıda Səhiyyə, Ədliyyə nazirlikləri və Statistika Komitəsinin mütəxəssisləri üçün işçi görüş keçiriləcək. Trend in xəbərinə görə, bu barədə SKAD nümayəndəliyindən məlumat verilib.
SKAD-ın DAMOS layihəsi çərçivəsində və narkotiklərlə bağlı Avropa Monitorinq Mərkəzinin göstəricilərinə dair işçi görüşdə Avropa İttifaqının eksperti Tomas Zabranski iştirak edəcək.
Görüşdə beynəlxalq ekspert tərəfindən əlaqədar dövlət qurumlarının - səhiyyə və ədliyyə mütəxəssisləri ilə birgə narkotiklərlə bağlı ölüm halları, infeksion xəstəliklər və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Bundan başqa, beynəlxalq ekspert bu sahə üzrə gələcək fəaliyyəti daha səmərəli, narkotiklərlə bağlı Avropa Monitorinq Mərkəzinin göstəricilərinə uyğun qurulmasına dair öz tövsiyələrini verəcək.
İşçi görüşün açılış mərasimində BMT-nin Hüquq-Mühafizə Orqanları ilə İş Bölməsinin rəhbəri Məzahir Əfəndiyev də iştirak edəcək.