...

Heydər Əliyev Fondu və Latın Mədəniyyəti Akademiyası Bakıda beynəlxalq konfrans keçirəcək

Siyasət Materials 18 Aprel 2006 13:34 (UTC +04:00)

Aprelin 19-21-də Bakıda Heydər Əliyev Fondu və Latın Mədəniyyəti Akademiyasının təşkil etdiyi "Azərbaycan: sivilizasiyalar arasında dialoq dünən və bu gün" mövzusunda konfrans keçiriləcək.

H.Əliyev Fondundan Trend ə verilən məlumata görə, sayca 13-cü olan hazırki konfransda dünyanın bir çox ölkələrindən 140 nümayəndə iştirak edəcək. Müxtəlif dinlərə və dillərə malik olan Azərbaycanın , eləcə də Qafqaz regionunun dünyada qarşılıqlı əlaqələr və mədəni münasibətlər kontekstində qloballaşma dövründə rolu, mədəniyyətlərin oxşarlığı və onlar arasında fərqlər kimi məsələlərlə bağlı məruzələr binləniləcək, müzakirələr və fikir mübadilələri aparılacaq.

Bakıda olduqları müddətdə konfrans iştirakçıları milli mədəniyyətimiz, tarixi keçmişimiz və abidələrimizlə tanış olmaq imkanı əldə edəcəklər.

Mərkəzi ofisi Rio-de-Janeyroda (Braziliyada) yerləşən Latın Mədəniyyəti Akademiyası dünyanın latın mədəniyyəti ilə bağlı olan bir çox ölkələrində yaşayan məşhur elm, ədəbiyyat və mədəniyyət xadimlərini birləşdirən nüfuzlu strukturdur. Akademiyaya YUNESKO-nun keçmiş baş direktoru Federiko Mayor rəhbərlik edir.

Akademiyanın islam və latın mədəniyyəti məsələlərinə həsr olunan bundan əvvəlki konfransı Tehranda keçirilib.

Xəbər lenti

Xəbər lenti