...

Avropa Birliyi "üçlüyü" aprelin 21-23-ü Azərbaycana səfər edəcək

Siyasət Materials 18 Aprel 2006 15:12 (UTC +04:00)

"Avropa Birliyi (AB) "üçlüyü" aprelin 21-23-ü Azərbaycana səfər etmək niyyətindədir. Bu barədə Trend agentliyinə Azərbaycanın Avropa Birliyindəki numayəndəliyindən bildirilib.

"Üçlük" missiyasının tərkibinə AB-da sədrlik edən Avstriyanın nümayəndələri, AB-nın və Avropa Komissiyasının növbəti sədri daxil olacaq. Missiya, xüsusilə, Avstriya Xarici İşlər Nazirliyinin dövlət katibi Hans Vinkler, ölkənin Azərbaycandakı səfiri Haydemariya Qürer, AB-nın Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Avropa Komissiyasının Azərbaycanda xüsusi nümayəndəsi Alan Vaddams, Avropa Komissiyasının Baş Direktorluğunun Xarici Əlaqələr Sektorunun rəisi Kurt Yul, AB-nın məsul işçisi Paolo Barosso və başqalarından ibarət olacaq.

Səfər zamanı Avropa qonşuluq siyasəti üzrə Azərbaycanla əməliyyat planının və əməkdaşlığın inkişafı məsələlərin müzakirəsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti