...

Qazaxıstan XİN başçısı Azərbaycan səfirini qəbul edib

Siyasət Materials 20 Aprel 2006 12:52 (UTC +04:00)

Trend-i buradan izləyin

Qazaxıstan Respublikasının xarici işlər naziri Kasımjomart Tokayev Polşa, Azərbaycan və İran İslam Respublikasının səfirləri Vladıslav Sokolovski, Lətif Qəndilovu və Ramin Mehmanpərəst Nodəxini onların xahişi ilə qəbul edib. Trend in verdiyi məlumata görə, bu barədə Qazaxıstanın XİN-nin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Qazaxıstanın xarici işlər naziri Polşa səfiri ilə beynəlxalq münasibətlərin aktual məsələlərini, eləcə də insan haqlarına riayət olunması, "Krakov təşəbbüsü" çərçivəsində kütləvi qırğın silahlarının yayılmaması məsələlərini, eləcə də Qazaxıstanla Polşa arasında ticari-iqtisadi əməkdaşlığın inkişafının perspektiv istiqamətlərini müzakirə edib.

Mayın 4-5-də Bakıda keçirilməsi nəzərdə tutulan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitinə hazırlıq məsələləri Azərbaycan səfiri ilə aparılan danışıqlarda əsas məsələ olub.

Ticari-iqtisadi əməkdaşlıq məsələləri, eləcə də ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qazaxıstan-İran hökumətlərarası birgə komissiyanın fəaliyyəti iranlı diplomatla görüşdə müzakirə edilib. Bu barədə "Kazinform" məlumat verib.

Xəbər lenti

Xəbər lenti