...

Əfşar Süleymani: İran və Azərbaycan arasında müəyyən texniki çatışmazlıqlar istisna olmaqla heç bir problem yoxdur

Siyasət Materials 20 Aprel 2006 12:58 (UTC +04:00)

İran və Azərbaycan arasında müəyyən texniki çatışmazlıqlar istisna olmaqla heç bir problem yoxdur. Bu çatışmazlıqlar isə mümkün qədər aradan qaldırılacaq. Trend in xəbər verdiyi kimi, bu barədə aprelin 20-də Bakıda jurnalistlərlə söhbətində İranın Azərbaycandakı səfiri Əfşar Süleymani bildirib.

Onun sözlərinə görə, Tehran və Bakı müdafiə sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar axtarışı istiqamətində işləyir.

"Biz sazişlərin, o cümlədən ötən il İran və Azərbaycan arasında imzalanmış hərbi sahədə əməkdaşlıq haqqında müqavilənin gerçəkləşdirilməsi yolunda maneələri aradan qaldırmağa çalışırıq", - deyə iranlı diplomat əlavə edib.

Xəbər lenti

Xəbər lenti