Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri xanım Lora Şaybi ilə görüşüb. Bu barədə Trend ə adıçəkilən partiyanın mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, təkrar seçkilər, ABŞ-Azərbaycan münasibətləri müzakirə olunub.
Həmsinin gərginləşən ABŞ-İran münasibətləri və Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı fikir mübadiləsi aparılıb.