...

Hidayət Orucov: Azərbaycan faşizmin bütün təzahürlərini qətiyyətlə pisləyir

Siyasət Materials 26 Aprel 2006 11:25 (UTC +04:00)

Azərbaycanın ərazisində yaşayan bütün xalqların nümayəndələri, istər azərbaycanlılar, istərsə də yəhudilər erməni faşizminin səbəb olduğu acıları eyni dərəcədə çəkib. 1918-ci ildə yəhudilərin əsrlərlə yaşadığı Azərbaycanın Quba rayonunda erməni şovinistləri tərəfindən 3 mindən çox yəhudi qətlə yetirilib. Trend in xəbər verdiyi kimi, belə bəyanatla Bakıda Xolokost qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə Azərbaycanın milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov çıxış edib.

"Faşizmin bütün təzahürləri müsibətdir. 1939-1945-ci illərdə Avropa yəhudilərinin çəkdiyi dəhşətlər erməni faşizminin acısını görmüş Azərbaycan xalqına yaxın və məlumdur", - deyə dövlət müşaviri qeyd edib.

O xatırladıb ki, bu günlərdə Azərbaycanda ölkənin yəhudi icması nümayəndələrinin konfransı keçirilib. Tədbirdə 1918-ci ildə baş vermiş faciəli hadisələrin detalları səsləndirilib. Qeyd edək ki, həmin il respublikanın şimalında ermənilər tərəfindən yəhudilər kütləvi surətdə qırılıb. "Bu gün həmin faktların tam miqyasda araşdırılması davam etdirilir",- deyə H.Orucov bildirib.

Rəsmi Bakı ekstremizmin, milli ədavətin, zorakılığın, terror və soyqırımın bütün təzahürlərini qətiyyətlə pisləyir. "Biz sülh və sabitliyi dəstəkləyən bütün dövlətlərlə əməkdaşlıq etməyə hazırıq", - deyə müşavir vurğulayıb.

"Azərbaycan yəhudi xalqı ilə təkcə ağır dəqiqələrdə deyil, xoş günlərdə də bir yerdədir", - deyə H.Orucov əlavə edib və bildirib ki, 3 may 2006-cı ildə Azərbaycanda İsrail dövlətinin yaradılmasının 58 illiyi geniş qeyd olunacaq.

Xəbər lenti

Xəbər lenti