Aprelin 27-də Bakıda "Freedom House" qeyri-hökumət təşkilatının təşəbbüsü ilə Azərbaycanda demokratiyanın inkişafı məsələləri üzrə dəyirmi masa keçiriləcək. Trend in verdiyi məlumata görə, bu barədə təşkilatın katibliyinin məlumatında bildirilir.
Tədbirdə təşkilatın "Dünyada azadlıq, mətbuatda azadlıq, millət tranzitdə və ölkələr yolayrıcında" adlı Freedom House-un illik məruzəsini təqdim edəcək analitiklər iştirak edəcəklər.
Müzakirələrdə həmçinin, Azərbaycan hökumətinin nümayəndələrinin və QHT-nın liderlərinin iştirakı da gözlənilir.