...

Arif Məmmədov: Avropa Birliyi və Azərbaycan Bakıda Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planının müzakirə edəcəklər

Siyasət Materials 26 Aprel 2006 16:01 (UTC +04:00)
Arif Məmmədov: Avropa Birliyi və Azərbaycan Bakıda Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planının müzakirə edəcəklər

Azərbaycanla Avropa Birliyi arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı üzrə danışıqların növbəti mərhələsi mayın 15-də Bakıda nəzərdə tutulub. Bu barədə Trend ə eksklyuziv olaraq Azərbaycanın Benilyuks ölkələrində və AB-də səfiri Arif Məmmədov bildirib.

AB-nin nümayəndə heyətinə AB-nin Baş direktorluğunun Mərkəzi və Şərqi Asiya ilə əlaqələr üzrə direktoru Hyuq Minqarelli rəhbərlik edəcək. Azərbaycan tərəfini danışıqlarda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək.

Görüşdə ilkin olaraq 5 il üçün nəzərdə tutulan Fəaliyyət planının yekun variantının müzakirə olunacağı ehtimal edilir. Fəaliyyət planı siyasət, təhlükəsizlik, iqtisadiyyat, ticarət, mədəniyyət, sosial, hüquq və digər sahələrdə ikitərəfli əməkdaşlığı əhatə edir. Sənədin layihəsi ilk dəfə olaraq dekabrda Bakıda müzakirə olunub. Danışıqların ikinci mərhələsi isə martın 7-də Brüsseldə keçirilib.

Plan ekspertlər səviyyəsində təsdiqləndikdən sonra AB-nə üzv olan 25 ölkə tərəfindən təsdiqlənəcək. Sənədin sentyabrda Avropa Birliyi-Azərbaycan əməkdaşlıq Şurasının qarşıdakı iclasında qəbul ediləcəyi göndərilir.

Xəbər lenti

Xəbər lenti