...

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi mayın 6-a planlaşdırdığı mitinqə hazırlıqla bağlı təşkilat komitəsi yaradıb

Siyasət Materials 26 Aprel 2006 18:09 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi (MSƏM) mayın 6-a planlaşdırdığı mitinqə hazırlıqla bağlı təşkilat komitəsi yaradıb. Bu barədə Trend ə Azərbaycan Milli İstiqlal Partiyası sədrinin əvəzi Ayaz Rüstəmov bildirib.

Qeyd edək ki, MSƏM-in Sədrlər Şurasının aprelin 26-da növbəti toplantısı keçirilib. Toplantıda öncə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Daha sonra isə mayın 6-a planlaşdırılan mitinqə hazırlıq məsələsi gündəmə çıxarılıb. A.Rüstəmov bildirib ki, təkrar seçkilərə qoşulduqları üçün və mayın 7-ə planlaşdırılan qurultaya hazırlıqla bağlı MSƏM-in mitinqində iştirakdan imtina edibl. "Ancaq mərkəzdə fəaliyyət göstərən digər partiya rəhbərləri mitinqin keçirilməsində israrlıdır və bununla bağlı təşkilat komitəsi yaradıb" - deyə A.Rüstəmlv qeyd edib. AMİP rəsmisi qeyd edib ki, MSƏM mayın 6-a planlaşdırdığı mitinqin keçirilməsinə icazənin verilməsi ilə bağlı aprelin 27-də Bakı meriyasına müraciət edəcək.

A.Rüstəmov onu da bildirib ki, toplantıda İran rəsmilərinin son günlər Azərbaycanı hədələyən bəyanatları da müzakirə olunub. "Vurğulanıb ki, hələ ABŞ-İran münasibətləri müharibə müstəvisinə qədəm qoymadığı bir halda belə bəyanatların söylənilməsi əsassızdır" - deyə o vurğulayıb.

Onu da bildirək ki, MSƏM-in növbəti toplantısı Ümid Partiyasının qərargahında keçirilib. Toplantıda mərkəzə daxil olan Milli Dirçəliş Hərəkatının lideri Fərəc Quliyev obyektiv səbəblərə görə iştirak etməyib.

Xəbər lenti

Xəbər lenti