Milli Məclisin sosial siyasət daimi komissiyasının aprelin 26-da növbəti iclası keçilirib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən ibldiriblər.
Deputatların müzakirəsinə "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunun tətbiqi ilə əlaqədar "Yaşayış minimumu haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi barədə və "Onkoloji yardım haqqında" qanun layihələri təqdim olunub.
Komissiyanın sədri Hadi Rəcəbli birinci qanunun mahiyyəti barədə ətraflı məlumat verərək bildirib ki, artıq sənədə birinci və ikinci oxunuşda Milli Məclisdə baxılıb. Layihə üzərində redaktə xarakterli düzəlişlər edilib. Sənəd əhalinin aztıminatlı təbəqələrinə dövlət tərəfindən göstərilən yardımları tənzimləyəcək.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı komissiyanın üzvü Məlahət Həsənova məlumat verərək qeyd etdi ki, respublikamızda bədxassəli şişlərdən əziyyət çəkən çoxlu insan var. Onlara ixtisaslaşdırılmış tibbi və sosial yardımın göstərilməsi baxımından sənəd çox zəruridir.
Komissiya üzvlərinin və çoxsaylə mütəxəssislərin rəy və təklifləri nəzərə alınmaqla hər iki sənədin növbəti oxunuş üçün Milli Məclisin müzakirəsinə çıxarılması tövsiyə olunub.