Apellyasiya Məhkəməsi millət vəkili Aynur Camalqızının Müsavat Partiyası sıralarına bərpa olunması ilə bağlı Binəqədi rayon məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. Bu barədə Trend ə Müsavat Partiyasının vəkili Nemət Kərimli bildirib.
Qeyd edək ki, Apellyasiya Məhkəməsinin hakimi Fərhad Kərimov Müsavat Partiyasının millət vəkili Aynur Camalqızının partiya sıralarına bərpası məsələsi ilə bağlı apellyasiya şikayətinə aprelin 26-da baxıb. Müəyyən səbəblər üzündə məhkəmənin çıxardığı qərar aprelin 27-də tərəflərə göndərilib.
Onu da bildirək ki, Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası millət vəkili Aynur Camalqızının partiya sıralarına bərpası ilə bağlı Binəqədi rayon məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. "Bundan sonra nə kimi addımlar atılacaq" - sualına N.Kərimli belə cavab verib: "Bu, bizdən yox, partiya rəhbərliyindən asılıdır".