...

Gəncədə Əmək Mühafizəsi günü qeyd olunub

Siyasət Materials 28 Aprel 2006 17:43 (UTC +04:00)

Bu gün Gəncə şəhər İcra hakimiyyəti binasının kiçik iclas zalında 28 aprel Ümumdünya Əməyin Mühəfaizəsi günü münasibəti ilə tədbir keçirilib. Tədbirə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7 saylı bölgə müşəttişliyinin əməkdaşları, təhsil ocaqlarının və digər müəssisələrin işçiləri qatılıb.

Müfəttişliyin sədri Əkbər Nəsirli çıxışına şəhərdə baş verən bədbəxt hadisələrdən başlayıb. Onun sözlərinə görə, 2005-ci ildə əmək mühafizəsi düzgün təşkil edilmədiyi üçün şəhərdə 17 hadisə baş verib ki, bunlarında 4-ü ölümlə nəticələnib. Nəsirli həmçinin şəhərdə fəaliyyət göstərən əksər müəssisələrdə əmək müqavilələrinin bağlanmadığını bildirdi. Qeyd etdi ki, belə müəssisələrə bir neçə dəfə müraciət edilsə də, heç bir nəticəsi olmayıb. Tədbir qarşırıqlı fikir mübadiləsi şəraitində keçib.

Xəbər lenti

Xəbər lenti