...

Polşa xarici işlər nazirinin Azərbaycana səfəri zamanı sənəd imzalanması gözlənilmir

Siyasət Materials 28 Aprel 2006 19:08 (UTC +04:00)

Polşa xarici işlər naziri Stefan Mellerin Azərbaycana qarşıdakı səfəri zamanı hər hansı sənədlərin imzalanması gözlənilmir. Bu barədə Trend ə eksklüziv olaraq Polşanın Azərbaycandakı səfriri Kşiştof Krayevskiy bildirib.

Onun sözlərinə görə, səfər iyunun ilk həftəsinə təyin olunub. Polşa tərəfi Azərbaycana artıq dəqiq tarix haqqında məlumatı təqdim edib və cavab gözləyir.

Səfər zamanı iki ölkə arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi gözlənilir. Polşa nazirinin səfəri zamanı nazirliklər arasında ayrıca məsləhətləşmələr aparılacaq. Diplomatın sözlərinə görə, hələlik heç bir sənədin imzalanması nəzərdə tutulmayıb. "Azərbaycanla Polşanın bir sıra məsələlərlə bağlı mövqeyi üst-üstə düşür. Ölkələr arasında qarşılıqlı anlayış mövcuddur və müqavilə-hüquq bazasının genişləndirilməsinə ehtiyac yoxdur" -deyə diplomat vurğulayıb.

Polşa bir sıra əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından qarşıdakı səfərə böyük önəm verir. Yaxın vaxtlarda diplomatlar danışıqların gündəliyi və proqramın hazırlanmasına başlayacaq.

Xəbər lenti

Xəbər lenti