...

Leo Platvoyet: AŞ və Azərbaycan təkrar parlament seçkilərindən sonra da seçki təcrübəsinin təkmilləşdirilməsi üzrə birgə işləməkdə davam edəcək

Siyasət Materials 28 Aprel 2006 20:01 (UTC +04:00)
Leo Platvoyet: AŞ və Azərbaycan təkrar parlament seçkilərindən sonra da seçki təcrübəsinin təkmilləşdirilməsi üzrə birgə işləməkdə davam edəcək

Avropa Şurası və Azərbaycan 2006-cı il 13 may təkrar parlament seçkilərindən sonra da seçki təcrübəsinin təkmilləşdirilməsi istiqamətində birgə işi davam etdirəcək. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, aprelin 28-də mətbuat konfransında AŞPA-nın monitorinq nümayəndə heyətinin rəhbəri, holland parlamentarisi Leo Platvoyed bildirib.

"Biz ümid edirik ki, may seçkilərindən sonra ictimaiyyətin seçki proseslərinə inamı tam bərpa ediləcək" - deyə holland parlamentarisi qeyd edib. O vurğulayıb ki, Azərbaycanın Seçki Məcəlləsini dəyişdirmək üçün kifayət qədər vaxtı var.

AŞPA mühahidə qrupunun rəhbəri həmçinin, Bakıda cari danışaqlar zamanı səsləndiriləcək 5 tövsiyəni sadalayıb. Bu tövsiyələr Seçki Məcələsinin təkmilləşdirilməsi, seçki təcrübəsində islahatların aparlamasına texniki yardımla bağlı Venesiya Komissiyasına müraciət olunması, Mərkəzi Seçki Komissiyası tərəfindən şikayətlərə baxılması, seçki komissiyalarının tərkibinin dəyişdirilməsi, eləcə də sərbəst toplaşma haqqunda qanunun təkmilləşdirilməsi ilə bağlıdır.

L.Platvoyet deyib ki, təkrar seçkilərin monitorinqi AŞPA-nın 20 müşahidəçisindən ibarət qrup tərəfindən həyata keçiriləcək və səsvermədən əvvəl seçkilərin nəticələri barədə bəyatlar yaymaq düzgün deyil.

"Biz mayın 13-nü gözləməli və yalnız bundan sonra seçkilərin AŞ standartlarına nə dərəcədə uyğun olduğu haqqında danışmalıyıq" - deyə L.Platvoyet vurğulayıb.

Xəbər lenti

Xəbər lenti