...

AMİP-in mayın 7-ə təyin olunmuş qurultayı təxirə salındı

Siyasət Materials 1 May 2006 14:47 (UTC +04:00)

Etibar Məmmədovun liderlik etdiyi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mayın 7-nə təyin olunmuş qurultayı təxirə salındı. Bu barədə Trend ə AMİP-dən məlumat verilib.

Partiya üzvləri bu qərarını qarşıdan gələn 13 may təkrar parlament seçkiləri ilə əlaqələndiriblər. Partiyanın mətbuat xidmətinin rəhbəri Əli Orucov bildirib ki, AMİP hazırdı bütün diqqətini təkrar seçkiyə yönəltdiyindən qurnultayın təxirə salınması və seçkidən sonra keçirilməsi məqəsdəuyğun hesab edilib: "Həm də hesab edirik ki, bu seçki ölkədə yeni siyasi situasiya yarada bilər. Çox güman ki, Azərbaycanın Avrorpa Şurasındakı mövqeyi də bu seçkinin nəticələrindən asılı olacaq. Biz qərara gəldik ki, qurultayımızı təkrar parlament seçkisindən sonra keçirəcək".

Əli Orucov onu da deyib ki, AMİP-in qurultayı may ayı ərzində, çox güman ki, ayın sonlarında keçiriləcək. Dəqiq günü isə seçkidən sonra təyin ediləcək.

Xəbər lenti

Xəbər lenti