...

Ərşad Ömər İsmayıl: İraq hökuməti Azərbaycanla iqtisadi əməkdaşlıq barədə protokolu təsdiq edib

Siyasət Materials 3 May 2006 13:53 (UTC +04:00)
Ərşad Ömər İsmayıl: İraq hökuməti Azərbaycanla iqtisadi əməkdaşlıq barədə protokolu təsdiq edib

İraq hökuməti Azərbaycanla iqtisadi əməkdaşlıq barədə protokolu təsdiq edib. Yeni İraq hökuməti formalaşdıqdan sonra nazirlərdən biri bu sənədi imzalamaq üçün Bakıya gələcək. Trend in verdiyi məlumata görə, bu barədə İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl məlumat verib.

Diplomatın sözlərinə görə, İraqın Ticarət Nazirliyi bu protokolun təsdiqlənməsi məsələsini dəstəkləyib və hazırda bu məsələ İraq hökumətinin gündəliyinə daxil edilib.

"Mən bu protokolun təsdiqlənəcəyinə əminəm. Belə ki, o, artıq Nazirlər Kabinetinə təqdim olunub", -deyə Ərşad Ömər İsmayıl məsələnin texniki aspektlərinin reallaşdırılması məsələsinin qaldığını bildirib.

Bununla yanaşı, iraqlı diplomat Bakı ilə Bağdad arasında hava yolunun tezliklə açılacağına ümidvar olduğunu ifadə edib. Onun sözlərinə görə, münasibətlərin inkişafında digər mühüm aspekt İraqın Bakıdakı səfirliyində tezliklə viza şöbəsinin fəaliyyətə başlaması olacaq.

Xəbər lenti

Xəbər lenti