...

Azərbaycan sosioloqlarının I ümumrespublika qurultayı keçirilib

Siyasət Materials 3 May 2006 14:58 (UTC +04:00)

Azərbaycan sosioloqlarının I ümumrespublika qurultayı keçirilib. Trend xəbər verir ki, qurultay Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Siyasi Hüquq Tədqiqatları İnstitutunun sosiologiya və sosial psixologiya şöbəsinin təşəbbüsü ilə keçirilib.

Qurultayda Azərbaycan sosiologiya elminin mövcud vəziyyəti, inkişaf perspektivləri və təşkilati məsələlər müzakirə olunub. AMEA Fəlsəfə və Siyasi Hüquq Tədqiqatları İnstitutunun direktoru Yusif Rüstəmov bu məsələ ilə bağlı çıxış edib. Daha sonra sözügedən institutun sosial psixologiya şöbəsinin işçisi Rəfiqə Əzimova "Müasir Azərbaycan cəmiyyətində sosiologiya elminin vəziyyəti və gələcək perspektivləri", professor Cəmil Əhmədli "Azərbaycanda sosioloji təhsil və kadr hazırlığı" mövzularında çıxış ediblər.

Qurultayda Türkiyənin Azərbaycandakı səfriliyinin mədəniyyət məsələləri üzrə attaşesi Fethi Gedikli də iştirak edib. Tədbirdə Azərbaycan Sosioloqlar Cəmiyyətinin yaradılması elan olunub və cəmiyyətə Yusif Rüstəmov sədr seçilib. Cəmiyyətin nizamnaməsi təsdiqlənib və bir sıra struktur orqanları formalaşdırılıb. Y.Rüstəmov qeyd edib ki, rəhbərlik etdiyi cəmiyyət Türk Dövlətləri Sosiloji Birliyinə üzv olmaq üçün maüraciət edəcək.

Xəbər lenti

Xəbər lenti