...

ABŞ səfirliyi 2007-2008-ci illər üçün Hamfri və Fulbrayt Təqaüd Proqramlarını elan edib

Siyasət Materials 10 May 2006 20:10 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfirliyi 2007-2008-ci illər üçün Hamfri və Fulbrayt Təqaüd Proqramlarını elan edib. Trend xəbər verir ki, hər iki proqram ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən yardım proqramıdır.

Hamfri Təqaüd Proqramı çərçivəsində Azərbaycan daxil olmaqla dünyanın bir çox ölkələrindən orta təcrübəli peşəkarlara ABŞ-a gedərək bir illik təhsil və təcrübə almaq imkanı verilir. Bu proqram ABŞ və başqa ölkələrin vətəndaşları arasında uzun müddətli məhsuldar əməkdaşlıq əlaqələrin əsasını qoymağa şərait yaradır. Təqaüdlər müsabiqə yolu ilə 17 sahə üzrə dövlət və özəl sektorda işləyən namizədlərə verilir.

Fulbrayt Təqaüd Proqramı çərçivəsində isə azərbaycanlı alimlərə, tədqiqatçılara və professorlara ABŞ-a gedərək 3 aydan 10 ayadək seçdikləri sahədə tədqiqat aparmağa imkan verilir. O da bildirilir ki, 1993-cü ildən təqribən 45 azərbaycanlı Fulbrayt alimi ABŞ-a gedib. Bu proqram 21 sahəni əhatə edir.

Ərizələr Azadlıq prospekti 83-də yerləşən ABŞ səfirliyində qəbul olunur. Ərizələrin son qəbulu noyabrın 16-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti