...

Asim Mollazadə Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun 5-ci plenar iclasında çıxış edib

Siyasət Materials 11 May 2006 16:10 (UTC +04:00)
Asim Mollazadə Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun 5-ci plenar iclasında  çıxış edib

Berlində Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun 5-ci plenar iclası çərçivəsində Azərbaycan nümayəndə heyəti Almaniyanın xarici işlər naziri və Bundestaqın Cənubi Qafqaz üzrə dostluq qrupunun nümayəndələri ilə görüşüb. Bu barədə Trend ə adıçəkilən iclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib.

Qeyd edək ki, Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun 5-ci plenar iclası mayın 9-da başlayıb. A.Mollazadə bildirib ki, "Qloballaşma və onun Cənubi Qafqaza təsiri" mövzusunda konfrans keçirilib. Konfransda qloballaşmanın regionun siyasi, iqtisadi, ictimai həyatına və ətraf mühitinə təsiri barədə fikir mübadiləsi aparılıb. O, qloballaşmanın Azərbaycana təsiri ilə bağlı çıxış edib.

Millət vəkili onu da vurğulayıb ki, Ermənistan tərəfi naməlum səbəblər üzündən iclasa qatılmayıb: "İclasda yalnız Azərbaycanla Gürcüstan nümayəndələri iştirak etdiyindən hər hansı bir məsələ ilə bağlı qərar qəbul edilməyib. Yalnız Cənubi Qafqazda qloballaşma mövzusunda müzakirələr aparılıb".

Onu da bildirək ki, Azərbaycan nümayəndə heyətinə Milli Məclisin deputatları Səyavuş Novruzov, Asim Mollazadə, Mirkazım Kazımov, Ərəstun Cavadov, Fuad Muradov və Zahid Oruc daxildir. Nümayəndə heyəti mayın 12-də vətənə dönəcək.

Xəbər lenti

Xəbər lenti