...

Azərbaycan gəncləri Fransa senatında müzakirə ediləcək qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsinə etiraz edir

Siyasət Materials 12 May 2006 19:11 (UTC +04:00)

"İRƏLİ" Ümumrespublika Gənclər Hərəkatı qondarma "erməni soyqrımı" ilə bağlı mayın 18-də Fransa senatında aparılacaq müzakirələrə etiraz olaraq bəyanat verib. Bu barədə Trend ə adıçəkilən hərəkatın təsisçiçi Fərhad Məmmədov bildlirib.

F.Məmmədov qeyd edib ki, son günlər erməni diasporu və onları himayə edən, özlərini "azadlıq və demokratiya carçıları" sayan Avropa ölkələrinin siyasətçiləri uydurma "erməni soyqırımı"nı yenidən gündəmə gətirərək Türikyəyə qarşı çevriliblər: "Mayın 18-də Fransa senatında qondarma "erməni soyqırımı" haqqında qanun layihəsinin müzakirəsi Azərbaycan gəncliyini də narahat edir. Qondarma erməni soyqırımını tanımayan Fransa vətəndaşları üçün bir illik həbs cəzasının tətbiqi Fransa-Türkiyə münasibətlərini gərginləşdirib".

F.Məmmədov onu da bildirib ki, təmsil etdiyi hərəkat bunu pisləyir və məlum layihə demokratiyanın əsas sütunlarından sayılan söz və fikir azadlığını məhdudlaşdırır. O da bildirilib ki, Azərbaycan gəncləri Fransanın belə bir mövqeyinə Avropa ölkələrinin münasibətini gözləyir. Əks-təqdirdə aksiyalar keçiriləcək.

Xəbər lenti

Xəbər lenti