...

Nikolay Patskeviç Belorus Respublikasının Azərbaycanda səfiri təyin edilib

Siyasət Materials 16 May 2006 19:11 (UTC +04:00)

Bu gün prezident Aleksandr Lukaşenko Nikolay Patskeviçi Belorus Respublikasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri təyin edib. Trend in verdiyi məlumata görə, bu barədə məlumatı Belorus prezidentinin mətbuat xidməti yayıb.

N.Patskeviç Belorus XİN-in xarici iqtisadi fəaliyyətin əlaqələndirilməsi Baş idarəsinin rəisi olub. N.Patskeviç Belorusun Azərbaycanda ilk səfiridir.

Xatırladaq ki, dünən Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Belorusda ilk səfiri (keçmiş əmək və sosial müdafiə naziri Əli Nağıyev) təyin edilib.

Xəbər lenti

Xəbər lenti