...

Həftə ərzində Azərbaycan valyuta bazarının icmalı

Siyasət Materials 22 May 2006 11:24 (UTC +04:00)
Həftə ərzində Azərbaycan valyuta bazarının icmalı

Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətdə Azərbaycan Milli Bankı tərəfindən müəyyən edilmiş rəsmi məzənnəsi 0,0006 bənd (0,06%) möhkəmlənib. Ötən həftə manatın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 0,90128 manat müəyyən edilib.

Trend in xəbər verdiyi kimi, ötən həftə dolların manata nisbətdə maksimum məzənnəsi 15 mayda (1 ABŞ dolları 0,9016 manat), minimum məzənnəsi isə 19 mayda (1 ABŞ dolları 0,9010 manat) müəyyən edilib.

Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi

ın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi

8 may

0,9024

15 may

0,9016

9 may

-

16 may

0,9014

10 may

0,9022

17 may

0,9012

11 may

0,9021

18 may

0,9012

12 may

0,9018

19 may

0,9010

Həftə ərzində orta

əftə ərzində orta

0,902125

Həftə ərzində orta

əftə ərzində orta

0,90128


Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətdə Bakı Banklararası Valyuta Birjasında aparılmış sövdələşmələr nəticəsində müəyyən edilmiş birja məzənnəsi 0,0005 bənd (0,05%) artıb. 1 ABŞ dollarına görə orta məzənnə 0,90068 manat səviyyəsində müəyyən edilib.

Ötən həftə 1 ABŞ dollarının manata nisbətdə maksimum məzənnəsi 15 may (1 ABŞ dollarına görə 0,9010 manat), minimum məzənnə isə 17-19 mayda (1 ABŞ dollarına görə 0,9005 manat) müəyyən edilib.

Ötən həftə BEST-də həmin günə olan valyuta məzənnəsi (T+0) ilə sövdələr bağlanıb: 15 may - $1,305 mln (orta mübadilə məzənnəsi - 0,9010 AZN/USD), 16 may - $1,150 mln (məzənnə - 0,9008 AZN/USD), 17 may - $0,220 mln (məzənnə - 0,9005 AZN/USD), 18 may - $0,370 mln (məzənnə - 0,9006 AZN/USD), 19 may - $1,400 mln (məzənnə - 0,9005 AZN/USD).

ABŞ dollarının manata nisbətdə birja məzənnəsi

dollarının manata nisbətdə birja məzənnəsi

8 may

0,9019

15 may

0,9010

9 may

-

16 may

0,9008

10 may

0,9020

17 may

0,9005

11 may

0,9015

18 may

0,9006

12 may

0,9010

19 may

0,9005

Həftə ərzində orta

0,90252

Həftə ərzində orta

0,90068


Ötən həftə ərizələrin olmaması ilə əlaqədar Rusiya (RUB/AZN) və Avropa (EUR/AZN) valyutaları ilə sövdələşmə aparılmayıb.

Həmin dövrdə özəlləşdirmə çeklərinin qiyməti sabit olub.

Təkcə mayın 15-də çekin qiyməti 110 min köhnə manat (22 AZN) təşkil edib. Mayın 16-dan 19-dək isə qiymət 100 min manatadək (20 AZN) azalıb.

Xəbər lenti

Xəbər lenti