...

Səyavuş Novruzov: "İnsanların şərəf və ləyaqətini alçaldan, təhqir edən məqamlara toxunmaq düzgün deyil"

Siyasət Materials 23 May 2006 18:31 (UTC +04:00)

İnsanların şərəf və ləyaqətini alçaldan, təhqir edən məqamlara toxunmaq düzgün deyil.

Trend xəbər verir ki, bu barədə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevin döyülməsi ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib.

Millət vəkili bildirib ki, mətbuat istədiyi məsələyə istədiyi mövqedən yanaşa bilər: "Hər deyilənə inanmaq lazım deyil. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılmaqdadır. Hələlik bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının dəqiq qərarı, rəyi olmadığından hər hansı bir fikir söyləmək çətindir".

S.Novruzov hər hansı bir jurnalistin döyülməsinin əleyhinə olduğunu bildirib: "Ancaq gərək jurnalist də həddini aşmasın. Elə məqamlar var ki, mətbuatda ona toxunmaq olmaz. Hər bir məqamı gözləmək lazımdır".

Xəbər lenti

Xəbər lenti