...

İranın müdafiə naziri Azərbaycanın müdafiə və müdafiə sənayesi nazirlərini ölkəsinə rəsmi səfərə dəvət edib

Siyasət Materials 24 May 2006 17:49 (UTC +04:00)

İranda səfərdə olan Azərbaycanın təhsil naziri Misir Mərdanov bu ölkənin prezidentinin birinci müavini, ali və orta təhsil nazirləri ilə görüşəcək. Trend in məlumatına görə, bu fikirləri mayın 24-də mətbuat konfransı keçirən İran İslam Respublikasının Azərbaycandakı səfiri Əfşar Süleymani bildirib.

Səfirin sözlərinə görə, təhsil nazirinin səfəri çox məhsuldar və səmərəli keçəcək. O, qeyd edib ki, Azərbaycanla İran arasında tələbə mübadiləsi, həmçinin təhsil sahəsində təcrübə mübadiləsi davam edəcək. Ə.Süleymani əlavə edib ki, İran İslam Respublikasından 500 nəfərə qədər tələbə Azərbaycanda təhsil alır, Azərbaycanın bir sıra universitetlərinin diplomları İran tərəfindən tanınır.

Səfir həmçinin bildirib ki, İranın müdafiə naziri Azərbaycanın müdafiə nazirini və müdafiə sənayesi nazirini ölkəsinə rəsmi səfərə dəvət edib. Ə.Süleymani dəvət məktubunu müdafiə naziri Səfər Əbiyevə və müdafiə sənayesi naziri Yavər Camalova çatdırdığını deyib. Diplomatın sözlərinə görə, bu il ərzində Azərbaycandan İrana bir neçə yüksək səviyyəli səfərlər ediləcək, müxtəlif sahələr üzrə 4-5 nümayəndə heyəti qonşu ölkəyə gedəcək.

Xəbər lenti

Xəbər lenti